Sentyabrın 7-də “Araz Naxçıvan” PFK doğma diyarda futbolsevərlərin qarşısına çıxıb. Naxçıvan şəhərinə səfər çərçivəsində komandanın heyəti öncə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovla birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyəti ehtiramla yad ediblər.
Sonra Naxçıvan Muxtar Respublika Stadionunda azyaşlı futbolçuların, azarkeşlərin iştirakı ilə tədbir keçirilib. Tədbir çərçivəsində “Araz-Naxçıvan”ın üzvləri tərəfdarların alqış sədaları altında meydana daxil olub, eyniadlı futbol akademiyasının oyunçuları ilə əyləncə xarakterli məşqlərdə iştirak ediblər.